Baltik dənizi üzərində ABŞ-Rusiya GƏRGİNLİYİ

Oxunma sayı: 87
21-03-2023, 19:50

Baltik dənizi üzərində ABŞ-Rusiya GƏRGİNLİYİ
Martın 20-da Baltik dənizi üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb.


Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.



Bildirilir ki, Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri Baltik dənizi üzərində ABŞ Hərbi Hava Qüvvələrinin 2 ədəd B-52N strateji bombardmançı təyyarəsinin uçduğunu müəyyən edib.



Bundan sonra Rusiya Su-35 qırıcı təyyarəsini havaya qaldırıb.



"Bombardmançı təyyarələr dövlət sərhədindən uzaqlaşdıqdan sonra qırıcı aerodroma qayıdıb. Rusiya qırıcısının uçuşu hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara ciddi riayət olaraq həyata keçirilib", - açıqlamada deyilir.//modern

Paylaş
Xəbər lentİ