Koreya yarımadasında GƏRGİNLİK: ABŞ-la döyüşmək üçün 1 milyon adam orduya yazıldı

Oxunma sayı: 90
23-03-2023, 10:30

Koreya yarımadasında GƏRGİNLİK: ABŞ-la döyüşmək üçün 1 milyon adam orduya yazıldı
Şimali Koreyada 1,4 milyon kişi ABŞ-a qarşı döyüşmək üçün cəlb olunub.

Arasdırma.info xarici mediaya istinadən xəbər verir ki, Koreya yarımadasında gərginlik səngimək bilmir. Belə ki, Şimali Koreya dövlət televiziyası ABŞ-a qarşı döyüşmək üçün 1 milyon 400 min adamın orduya cəlb edildiyini açıqlayıb. ABŞ və Cənubi Koreyaya qarşı keçirilən və nüvə hücumu ssenarisi ilə müşayiət olunan hərbi təlimə Şimali Koreya lideri Kim Çen Inın da qatıldığı bildirilib.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya orduları da regionda son illərin ən əhatəli təlimini davam etdirir. Cənubi Koreyanın paytaxtı Seuldan 65 kilometr aralıda keçirilən təlimə Şimali Koreya dərhal reaksiya verib. Belə ki, ABŞ və müttəfiqinin təlimi işğal sınağı kimi təsvir edilib.//konkret

Paylaş
Xəbər lentİ