Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO

Oxunma sayı: 90
29-03-2023, 07:31

Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO
Şimali Koreya martın 27-də yer-yer tipli taktiki ballistik raketlərdən istifadə edərək simulyasiya edilmiş nüvə partlayışı həyata keçirib.

Bu barədə çərşənbə axşamı Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Bildirilir ki, buraxılış Pxenyandan aralıda, şərq istiqamətində həyata keçirilib. Nüvə partlayışının imitasiyası 500 m yüksəklikdə həyata keçirilib.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi bazar ertəsi Şimali Koreyanın Yapon dənizinə iki ballistik raket atdığı barədə xəbər yayıb. Raketlər təxminən 350 km məsafə qət edib, maksimal uçuş hündürlükləri 50 km olub.
Xatırladaq ki, bir həftə əvvəl KXDR lideri Kim Çen In müharibənin qarşısını almaq üçün Şimali Koreyanın hər an nüvə silahından istifadəyə hazır olmasının vacibliyindən danışıb.~~oxu/az

Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO
Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO
Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO
Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO
Kim Çen Indan yenilik: 500 metr yüksəklikdə nüvə partlayışı simulyasiyası - FOTO

Paylaş
Xəbər lentİ