Çin elekrtomobilləri dünya avtomobil bazarını çökdürür.

Oxunma sayı: 92
29-03-2023, 07:48

Çin elekrtomobilləri dünya avtomobil bazarını çökdürür.
Çində elektrik avtomobilləri: ölkə 2023-cü ildə rekord satış proqnozlaşdırır.
Çin Sərnişin Avtomobilləri Assosiasiyası (PCA) bu il satılacaq elektrik avtomobillərinin sayı 5,5 milyondan 6 milyona yüksəldilib. Səbəb iyul ayında yeni elektrik avtomobillərinin tədarükünün iki dəfədən çox artaraq 486 min ədədə çatdığını göstərən məlumatlar olub. Bu isə artıq yeni avtomobil bazarının 26,7%-ni təşkil edir. Ümumi avtomobil satışları illik müqayisədə 20% artaraq 1,84 milyon ədədə çatıb.
Arasdırma.info xarici mediaya istinadən xəbər verir ki,Çinin yüksək səviyyəli EV seqmentində Tesla, NIO və XPeng, orta mənzilli seqmentdə isə BYD və Great Wall Motor üstünlük təşkil edir. Çin hökumətinin subsidiyaları elektrikli avtomobillərin və plug-in hibrid elektrik avtomobillərinin (PHEVs) satışını artırır.
Maraqlısı budur ki,Çin istehsalçıları müasir avtomobillərə bütün yeni dizayn və avadanlıqları yerləşdirir.Hətta demək olar ki,Almaniyanın dünya səviyyəli avtomobilləri sayılan BMV,Audi və Mersedes -ə aid olan gözəllikləri Çin avtomobillərində görmək olar.Ekspertlər hesab edirlər ki,bu gedişlə bir neçə ilə dünya avtomobil sənayesini çökdürəcək.

Paylaş
Xəbər lentİ