Ərdoğan, yoxsa Kılıçdaroğlu? – İngilislər kimin seçiləcəyini açıqladı

Oxunma sayı: 85
4-04-2023, 21:08

Ərdoğan, yoxsa Kılıçdaroğlu? – İngilislər kimin seçiləcəyini açıqladı
Türkiyə seçkilərində Ərdoğanın qazanacağı daha real görünür.

Arasdırma.info xəbər verir ki, bu barədə İngiltərənin “The Ekonomik” nəşrinin araşdırma və təhlil departamenti olan “Ekonomik Araşdırma Birliyi”nin (EİU) analizində qeyd olunur.

Analizdə bildirilir ki, seçki yarışının Ərdoğan və Kılıçdaroğlu arasında gedəcəyi artıq bəllidir.

“Ərdoğanın ictimai profili güclüdür və media üzərində ağırlığı var. Seçki yaxınlaşdıqca? maaşların artırılması, kredit faizlərinin azaldılması kimi konkret addımlar atır. Mühafizəkar seçicilərin əksəriyyətinin dəstəklədiyi Ərdoğanın seçiləcəyi ehtimalı daha böyükdür”, - EİU yazır.

Arraşdırmada iqtisadi problemlərin, o cümlədən, zəlzələnin seçkilərə təsir edəcəyi də vurğulanır. Lakin o da əlavə edilir ki, Ərdoğan və komandasının zəlzələ bölgəsində 7/24 rejimində işləməsi, yeni mənzillərin təməllərinin atılması, pensiya islahatları başda olmaqla iqtisadi gedişlərin edilməsi ilə müqayisədə? Kılıçdaroğlunun gülüş obyekti olan ifadələri, “Millət İttifaqı”nın dağılmış görüntüsü, Məhərrəm İncə ilə aparılan “soyuq müharibə” kimi səbəblər neytral seçicilərin “Cümhur İttifaqı”na səs verəcəyi gözləntisini artırır. Bu vəziyyət sonuncu sorğrularda da öz əksini tapır.//publika

Paylaş
Xəbər lentİ