Böyük Britaniya idmançıları rusiyalılara görə boks üzrə DÇ-dən imtina etdilər

Oxunma sayı: 93
5-04-2023, 22:37

Böyük Britaniya idmançıları rusiyalılara görə boks üzrə DÇ-dən imtina etdilər
Britaniya boksçuları kişilər arasında boks üzrə dünya çempionatında iştirak etməyəcəklər.

Arasdırma.info xəbər verir ki, bu barədə Britaniya Boks federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu onunla bağlıdır ki, oktyabrın 5-də Beynəlxalq boks assosiyasiyası Rusiya və Belarus boksçularının yarışlardan kənarlaşdırılmasını ləğv edib və onlara milli simvollar - bayraq və himn altında yarışmağa icazə verib. Çempionat 2023-cü il aprelin 30-dan mayın 14-dək Daşkənddə keçiriləcək.

"GB Boxing Rusiyanın Ukraynaya təcavüzünü pisləyir və Ukrayna xalqı, boksçuları, məşqçiləri və rəsmiləri ilə həmrəydir", - bəyanatda deyilir.

Bundan əvvəl ABŞ-ın kişi və qadın boks yığmaları eyni səbəbdən çempionatda iştirakdan imtina ediblər. Mart ayında Danimarka Qılıncoynatma federasiyası yaxın illərdə beynəlxalq turnirlərə ev sahibliyi etməyəcəyini açıqlayıb. Təşkilat bu qərara Beynəlxalq qılıncoynatma federasiyası (FIE) rusiyalı idmançıların neytral statusda yarışlara buraxılmasını təsdiqlədikdən sonra gəlib.

"Biz belə qənaətə gəldik ki, təəssüf, bunu həyata keçirə bilmərik. Qaydalar indiki kimi olanda, rusların və belarusların onun bir hissəsi olmasına icazə veriləndə biz bunu edə bilmərik. Biz özümüzü bu işdə görmürük”, – Danimarka Qılıncoynatma federasiyasının idarə heyətinin sədri Yan Silvest Yensen bildirib.//qaynarinfo

Paylaş
Xəbər lentİ