Parisdə benzin qıtlığı yaranıb.

Oxunma sayı: 94
11-04-2023, 22:07

Parisdə benzin qıtlığı yaranıb.

Fransada pensiya yaşının 2 il uzadılmasını nəzərdə tutan mübahisəli islahatdan dolayı bir çox neft emalı zavodlarında tətillər başlayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Ölkə daxilində 200-ə yaxın yanacaqdoldurma məntəqəsində tətillər davam edir. Bəzi yanacaqdoldurma məntəqələrinin qarşısında avtomobil növbələri yaranıb. Neft emalı zavodları istehsal etmədiyi üçün Paris və ətrafındakı yanacaqdoldurma məntəqələrinin 40%-də benzin qıtlığı yaşanır.

Bu nisbət ölkə daxilində yüzdə 10 olaraq statistikaya əks olunub. Bir çox NEZ-də texniki problemlər və təmir işlərinin davam etdirilməsi yanacağın tədarükünü daha da çətinləşdirib.

Digər tərəfdən isə neft emalı zavodlarında minimum istehsalı təmin etmək məqsədi ilə tətil edənlər üçün qubernatorlar tərəfindən həyata keçirilən "məcburi əmək" proseduru Rouen İnzibati Məhkəməsi tərəfindən dayandırılıb.

Bu vəziyyətin yaxın günlərdə yanacaq qıtlığının daha da artmasına səbəb olacağı proqnozlaşdırılır.//publika

Paylaş
Xəbər lentİ