Qalmaqallı öpüşlə bağlı 16 illik məhkəmə prosesi yekunlaşdı - FOTO

Oxunma sayı: 84
13-04-2023, 09:16

Qalmaqallı öpüşlə bağlı 16 illik məhkəmə prosesi yekunlaşdı - FOTO
Dünyaca məşhur aktyor Riçard Girlə aktrisa Şilpa Şettinin 2007-ci ildə Hindistanda ictimai bir tədbirdə öpüşməsi böyük etirazla qarşılanmış və onlara qarşı məhkəmə iddiaları qaldırılmışdı.


Arasdırma.info xəbər verir ki, 16 ilə yaxındır davam edən məhkəmə prosesi yekunlaşıb.


Məhkəmənin son qərarında bildirilib ki, ictimai yerlərdə öpüşmək qadağan olduğundan Riçandla Şilpanın öpüşməsi səhlənkarlıq və qanunsuz hərəkət hesab edilir.

Nə baş verib?

Riçard Gir 2007-ci ildə QİÇS-lə mübarizə məqsədilə təşkil edilən tədbirdə Bollivud ulduzu Şilpa Şetini səhnədə öpüb. Aktyorun hərəkətlərinin hind dəyərlərinə zidd olduğunu düşünən radikal hindular bunu kəskin etirazla qarşılayıb və baş verənlər məhkəmə çəkişmələrinə səbəb olub.

Şettinin öpüşməyə etiraz etməməklə ədəbsiz hərəkət etdi iddia olunub.

Həmin vaxt Hindistanın Ali Məhkəməsi Riçard Giri “ucuz reklam”a əl atmaqda ittiham edərək barəsində həbs qərarı verib.


Reaksiyalardan sonra aktyor öpüşün HİV-in ötürülməsində təsirli olmadığını göstərməyə çalışdığını iddia edərək ictimaiyyətdən üzr istəyib.
2022-ci ilin yanvarında Şilpa Şettiyə qarşı ittihamlar əsassız hesab edilib. //sfera
Qalmaqallı öpüşlə bağlı 16 illik məhkəmə prosesi yekunlaşdı - FOTO

Paylaş
Xəbər lentİ