Bakılı milyarder qadın 400 milyon CƏRİMƏLƏNƏCƏK

Oxunma sayı: 122
24-05-2023, 19:03

Bakılı milyarder qadın 400 milyon CƏRİMƏLƏNƏCƏK
Afrikanın ən varlı qadını milyarder İzabel Duş Santuş 400 milyon dollar cərimələnə bilər.

Arasdırma.info xarici KİV-ə istinadən xəbər verir ki, London Məhkəməsi ona məxsus şirkətlərin kreditləri vaxtında qaytarmadığına və əlavə faizlərə görə cərimələyəcək.

Xatırladaq ki, İzabella Bakıda anadan olub. Onun atası, Eduardu Duş Santuş Neft və Kimya İnstitutunda təhsil alarkən azərbaycanlı qadınla tanış olub. Bu izdivacdan İzabel dünyaya gəlib. Eduardu Duş Santuş uzun illər Anqolaya rəhbərlik edib. //lent.az

Paylaş
Xəbər lentİ