Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ

Oxunma sayı: 105
26-05-2023, 23:10

Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ
Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova başından güllələnib.

Arasdırma.info axşam.az-a istinadən bildirir ki, 38 yaşlı modellə yanaşı, kriminal avtoritet həyat yoldaşı Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və Qerqananın qulluqçusu da qətlə yetirilib.

Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.

Paylaş
Xəbər lentİ