Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar: Yeni Zelandiya aeroportundan qəribə addım

Oxunma sayı: 60
1-06-2023, 17:09

Sərnişinləri tərəzidə çəkib sonra təyyarəyə buraxacaqlar: Yeni Zelandiya aeroportundan qəribə addım
Yeni Zelandiyanın “Air New Zealand” şirkəti iyun ayından etibarən xaricə səyahət edən sərnişinləri tərəzidə çəkəcək.

Bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilir ki, məlumatlar təyyarənin çəkisi və balansı hesablanarkən sərnişinlərin orta ağırlığını müəyyən etmək üçün toplanır və pilotlar uçuşdan əvvəl bunu bilməlidirlər.

“Air New Zealand”ın Yükə Nəzarət Təkmilləşdirmə mütəxəssisləri sərnişinləri əmin ediblər ki, onların çəkisi hava limanında məxfi qalacaq.//Cahantv.az

Paylaş
Xəbər lentİ