ABŞ "qorxulu silah"ını Türkiyəyə tuşladı - Ərdoğanın cavabı necə olacaq?

Oxunma sayı: 103
1-06-2023, 18:03

ABŞ "qorxulu silah"ını Türkiyəyə tuşladı - Ərdoğanın cavabı necə olacaq?
İnvestisiyaların geri çəkilməsi riskini nəzərə alsaq, təbii ki, maliyyə bazarlarında müəyyən volatillik müşahidə oluna bilər. Lakin yeni hökumət formalaşdıqdan sonra Türkiyə iqtisadiyyatınının yenidən canlanacağı gözlənilir.

Arasdırma.info xəbər verir ki,bunu Publika.az-a açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Vüqar Bayramov Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindəki növbəti qələbəsinin Türkiyənin iqtisadi inkişafına yeni töhfələr vəd etdiyini bildirib:



"Baxmayaraq ki, son illər lirənin məzənnəsində dollara nisbətdə azalmalar var, Türkiyə iqtisadiyyatı 20 ildə 3 dəfə böyüyüb. Eyni zamanda, 2023-cü ildə Türkiyə ÜDM-nin 1 trilyon 29 milyard dollara çatması gözlənilir ki, bu da onun trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olması ilə nəticələnə bilər.

Yəni praktiki olaraq, biz Türkiyə iqtisadiyyatının son illər ərzində artan inkişafını müşahidə etmişik. Əlbəttə, bu inkişafda cənab Ərdoğanın prezident olduğu dövr xüsusilə vurğulanmalıdır. Əslində R.T.Ərdoğanın yenidən prezident seçilməsi Türkiyə iqtisadiyyatının stabilləşməsi baxımından vacib idi.

Çünki qardaş ölkə rəhbərinin bəyan etdiyi kimi, nazirlər kabineti yenidən təşkil olunacaq. Beləliklə, həm əvvəlki illərdə qazanılan uğurlar, həm də yeni çağırışlar nəzərə alınmaqla Türkiyənin iqtisadi siyasəti reallaşacaq".

Ekspert əlavə edib ki, Rəcəb Tayyib Ərdoğan dünyanın güclü liderlərindən biri olduğunu indiyədək dəfələrlə əməli fəaliyyəti ilə sübuta yetirib. Bunu hər kəs bilir. Odur ki, Türkiyəni hansısa sanksiyalarla çökdürmək, Ərdoğanı məğlub etmək yalnız reallıqdan kənar bir düşüncə ola bilər.

Qeyd edək ki, Qərb mətbuatında Ərdoğanın qələbəsindən sonra ABŞ-ın Türkiyəni zəiflətmək üçün "qorxulu silah"ını - iqtisadi təzyiqlərini işə salacağı iddia olunur.

Paylaş
Xəbər lentİ