83 yaşlı Al Paçino hamilə sevgilisindən DNT analizi tələb edir

Oxunma sayı: 102
2-06-2023, 22:03

83 yaşlı Al Paçino hamilə sevgilisindən DNT analizi tələb edir

83 yaşlı Hollivud ulduzu Al Paçinonun 29 yaşlı sevgilisi, televiziya prodüseri Nur Əlfalla 8 aylıq hamilədir.

Arasdırma.info xəbər verir ki, "TMZ" nəşrinin məlumatına görə, aktyor bunu öyrənəndən sonra təəccüblənib və inanmayıb. Bu səbəbdən o, sevgilisindən DNT analizi tələb edib.

Bildirilib ki, Al Paçino yaşı və səhhətindəki problemlərlə əlaqədar uşaq sahibi ola biləcəyinə inanmayıb. Nur aktyorun istəyini qəbul edərək analizin götürülməsinə razılıq verib.

Qeyd edək ki, Al Paçinonun 3 övladı: 33 yaşlı qızı Culi Paçino, 22 yaşlı əkizləri - Oliviya Paçino və Anton Ceyms Paçino var. Aktyor heç vaxt rəsmi nikahda olmayıb.

Al Paçino ilə Nur ötən ilin aprelindən görüşürlər. Nur özü varlı bir ailədəndir. Uşağın aktyordan olduğu təsdiqlənərsə, bu, onun dördüncü övladı olacaq.//axsam.az

Paylaş
Xəbər lentİ