PRİQOJİNİ BELARUSDA ÖLDÜRƏCƏKLƏR? - “Bunu mümkünsüz edən 3 amil var...”

Oxunma sayı: 108
26-06-2023, 07:33

PRİQOJİNİ BELARUSDA ÖLDÜRƏCƏKLƏR? - “Bunu mümkünsüz edən 3 amil var...”
“Əgər Lukaşenko Priqojinin öldürülməsinə imkan versə...”

Qərb mətbuatında Prezident Aleksandr Lukaşenkonun Belarusa “apardığı” Yevgeni Priqojinin öldürülə biləcəyi barədə yazılar dərc edilməkdədir. “CNN”-in bununla bağlı materialında Vladimir Putinin Priqojini bağışlamayacağı və Belarusda tezliklə onun həyatına son qoyacağı barədə iddia yer alıb. Ancaq bu ssenarinin əksini isbatlayan xeyli arqumentlər də var.

Arasdırma.info xəbər verir ki, ukraynalı siyasi təhlilçi İqar Tışkeviç ölkə mətbuatında dərc edilən yazısında Priqojinin tezliklə Belarusda öldürüləcəyi barədə iddiaları dəyərləndirib.

Tışkeviç ilk öncə qeyd edib ki, Qərb mətbuatı, xüsusilə də “CNN” kimi qurumlar müharibənin davam etdiyi regiondakı durumla bağlı olduqca səthi anlayışa malikdirlər.


O, bildirib ki, Priqojinin xüsusilə də Belarusda aradan götürülməsini mümkünsüz edən bir neçə amil var: “Birincisi, Priqojini öldürsələr, məlum reyddə iştirak edən “vaqnerçilər”in hakimiyyətə loyallığı sual altına düşəcək. Onlar başa düşəcəklər ki, Priqojindən sonra növbə onlarındır və bu adamların əlində silahlar var.

İkincisi, hazırda cəbhədə olan və “Vaqner”-ə rəğbət bəsləyən ordu hissələrinin buna münasibəti, loyallığı necə olacaq?

Üçüncüsü, Rusiya üçün həyati əhəmiyyət kəsb edən Afrika biznesi necə olacaq? Orada hələ də məhz Priqojinin adamları fəaliyyət göstərir”.


Ekspert hesab edir ki, Priqojinin Belarusda məhv edilməsini mümkünsüz edən əsas amillərdən biri Lukaşenko faktorudur: “Priqojin Kremlin qüllələrindən birinin xidmətindədir. Digər yandan, Lukaşenko üçün diri Priqojin olduqca dəyərli aktivdir. Hər şeydən başqa, Priqojinin ölümü Lukaşenkonun Belarus güc strukturları arasındakı etibarını sarsıdacaq. Onlar başa düşəcəklər ki, “boss” istənilən an onları da güdaza verə bilər. Nəhayət, Priqojinin özü o qədər axmaq deyil ki, hansısa şəhər kənarındakı malikanədə oturub, nə zaman onun ardınca gələcəklərini gözləsin”.

Tışkeviç qeyd edib ki, Putin doğrudan da Priqojini məhv etmək istəyilə alışıb-yanır. Lakin bunun üçün müəyyən müddət gözləməli olacaq və bunu Belarusda yox, hansısa Afrika ölkəsində reallaşdırmaq məcburiyyətindədir. O da əgər alınsa...//azpolitika

Paylaş
Xəbər lentİ