80 yaşlı kişi 60 ildir YUXUSUZDUR

Oxunma sayı: 102
2-07-2023, 08:33

80 yaşlı kişi 60 ildir YUXUSUZDUR
80 yaşlı vyetnamlı kişi yuxu qabiliyyətini itirdiyini və həmişə oyaq olduğunu dediyi üçün ona "fövqəlbəşər" adı verilib.

Arasdırma.info xəbər verir ki, bu barədə “The Daily Star” məlumat yayıb.

Vyetnamlı Tay Nqok 60 ildir yatmadığını deyib. Gəncliyində keçirdiyi qəribə qızdırmadan sonra yuxusuzluq ona qalib gəlib. Nqokun dostları və ailəsi onun heç vaxt yatdığını görmədiklərini təsdiqləyiblər. Onun vəziyyətini yoxlayan həkimlər də gecə istirahət etdiyinə dair heç bir sübut tapmayıblar. Ağır yuxusuzluq vəziyyətinə baxmayaraq, kişi yorğunluq və ya halüsinasiya əlamətləri hiss etmir.

Paparassilər Barak Obamanı görün necə yaxaladılar - FOTO
Toydan sonra birlikdə yaşamayan cütlük nələr DANIŞDI?
Kişi onu yuxudan oyadan arvadını huşunu itirənə qədər döydü
Blogger Dryu Binski ilə müsahibədə Nqok etiraf edib ki, sonuncu dəfə nə vaxt yuxuya getdiyini xatırlamır. Kişi əsas enerji mənbələri kimi “yaşıl çay və düyü şərabını” adlandırıb. Binski ilə söhbət zamanı o da məlum olub ki, Vyetnam müharibəsi zamanı Nqok qolundan yaralanıb. Binski, yuxusuzluğuna post-travmatik stress pozğunluğunun səbəb ola biləcəyini irəli sürüb.

Yaşına baxmayaraq, vyetnamlı hələ də işləyir: gündüzlər əkinçilik və tarlalara qulluq edir, gecələr isə şərab hazırlayır. Adətən səhər saat 4 radələrində Nqok hələ də bir müddət yuxuya getmək ümidi ilə yatmağa gedir, lakin onun cəhdləri istənilən nəticəni vermir.//lent.az

Paylaş
Xəbər lentİ