Kadırovun xəstə olduğu deyilir

Oxunma sayı: 106
2-07-2023, 09:49

Kadırovun xəstə olduğu deyilir
Çeçenistan rəhbəri Ramzan Kadırovun rəsmi tədbirlərdə görünməməsinin səbəbi böyrək xəstəliyinin kəskinləşməsi ola bilər.

Arasdırma.info xəbər verir ki, bu məlumatı Çeçenistan müxalifətinin lideri, müstəqil İçkeriya tərəfdarı Tumso Abdurahmanov (Əbu Səddam Şişani təxəllüsü ilə tanınır) öz Teleqram kanalında yayıb.

“Məlumat var ki, Kadırov ölüm ayağındadır və artıq danışmır. Böyrəklərin fəaliyyəti tam dayanıb, dializ kömək etmir. Ola bilsin ki, o, son günlərini yaşayır”, - o bildirib.
Başqa mənbələrin qeyd etdiyinə görə Rusiyadakı son hadisələr zamanı Çeçenistan Prezidentinin adının çəkildiyi səbəbindən belə şayələr yayılıb ki,gözə görünməsin.

Paylaş
Xəbər lentİ