"Almaniya kəşfiyyatı Priqojinlə Lukaşenkonun danışığını dinləyib" - KİV

Oxunma sayı: 105
7-07-2023, 22:10

"Almaniya kəşfiyyatı Priqojinlə Lukaşenkonun danışığını dinləyib" - KİV
İyunun 24-də Rusiyada "Vaqner" muzdlu dəstəsinin mümkün üsyanı dünyanın diqqət mərkəzində idi. İddia olunur ki, xaosun ortasında Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) casusları mühüm söhbətin şahidi olublar.
Arasdırma.info xəbər verir ki, bu barədə alman mətbuatı yazıb.
Araşdırmalarına görə, Almaniyanın xarici kəşfiyyat xidməti "Vaqner"in rəhbəri Yevgeni Priqojin və Belarus lideri Aleksandr Lukaşenko arasında baş tutan telefon danışığını dinləyib.
Qeyd edilir ki, BND nümayəndəsi bu məsələ ilə bağlı şərh vermək istəməyib.//yeniavaz

Paylaş
Xəbər lentİ