Qlobal istiləşmə ,qorxunc proqnoz...

Oxunma sayı: 92
11-07-2023, 08:33

Qlobal istiləşmə ,qorxunc proqnoz...
Dünyada hava istiləşməyə davam etdikcə, hər il daha çox insan təhlükəli dərəcədə yüksək temperaturlara məruz qalır. “Nature Sustainability” jurnalında dərc olunan son nəticələr göstərir ki, siyasətlər dəyişdirilməsə, dünya o qədər istiləşəcək ki, 2 milyarddan çox insan təhlükəli dərəcədə isti iqlimdə yaşayacaq.

Mənbənin məlumatına görə, hazırda insan fəaliyyəti nəticəsində orta qlobal temperatur sənayedən əvvəlki səviyyədən təxminən 1,2 dərəcə Selsi yüksəkdir. Paris razılaşması yüksəlişin 2,7 dərəcə Selsi ilə məhdudlaşdırılmasını təklif edir. Lakin yeni araşdırma göstərdi ki, mövcud qanunlar, əhalinin artımı və ətraf mühit şəraiti ilə qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 4,8 dərəcə Selsi yuxarı olacağı ehtimal edilir.

Tədqiqatçılar daha sonra temperaturun o həddə çatacağı təqdirdə hansı bölgələrin daha çox əziyyət çəkəcəyini araşdırıblar. Onlar bütün fəsillər daxil olmaqla, il boyu orta temperaturun 84,2 dərəcə Selsi və ya daha yüksək olduğu görünməmiş istilik zonalarını təyin ediblər. 40 il əvvəl dünyada yalnız 12 milyon insanın bu temperaturdan yuxarı bölgələrdə yaşadığı bildirilib. Bu gün 60 milyona yaxın insan artıq şahidi olduğumuz istiləşmədən əziyyət çəkib.

Araşdırma nəticəsində məlum olub ki, 2100-cü ildə yaşayacağı proqnozlaşdırılan 9,5 milyard dünya əhalisinin 2 milyardı orta temperaturun 84,2 dərəcə Selsidən yuxarı olan ərazilərdə yaşayacaq. Ən çox təsirlənən regionlar ekvator ətrafındakı ölkələr olacaq: Hindistan, Nigeriya, İndoneziya, Filippin və Pakistan.//elchi.az

Paylaş
Xəbər lentİ