Moskvada ticarət mərkəzində boru partladı: Ölənlər var

Oxunma sayı: 97
22-07-2023, 23:33

Moskvada ticarət mərkəzində boru partladı: Ölənlər var
Moskvanın “Vremena Qoda” ticarət mərkəzində isti su borusunun partlaması nəticəsində insan itkisi qeydə alınıb.

Məlumata görə, ticarət mərkəzinin içərisində ümumilikdə dörd nəfərin meyiti tapılıb.

Moskva meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib.

Tibbi xidmətlər doqquz zərərçəkənin olduğunu bildirir, lakin bu rəqəm arta bilər.
Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva İdarəsinin Mətbuat Xidmətinin məlumatına görə, hadisə ilə bağlı cinayət işi başlanıb.

Paylaş
Xəbər lentİ