Moskvaya dronlarla hücum olub

Oxunma sayı: 84
24-07-2023, 08:30

Moskvaya dronlarla hücum olub
İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum olub.

“Bu gün səhər saat 4 radələrində iki qeyri-yaşayış binasına pilotsuz uçan aparatlarının zərbələri qeydə alınıb. Ciddi dağıntı və tələfat yoxdur”, - Moskva meri Sergey Sobyani “Telegram” kanalında bildirib.

Rusiya KİV-lərində yayılan məlumata görə, birinci dron hücumu zamanı Komsomolski prospektində yerləşən bina zərər görüb. Məlumat üçün əlavə edək ki, zərər çəkən bina Rusiya Müdafiə Nazirliyinin inzibati binasının yaxınlığındadır.
Digər PUA isə Lixaçyov prospektində yerləşən binaya çırpılıb. Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.

İlkin məlumata görə, hər iki hücum nəticəsində insan itkisi qeydə alınmayıb.//oxu

Paylaş
Xəbər lentİ