Məşhur müğənni vəfat etdi

Oxunma sayı: 84
27-07-2023, 07:36

Məşhur müğənni vəfat etdi
Məşhur irlandiyalı müğənni Sinead Okonnor vəfat edib.



Arasdırma.info xəbər verir ki,, o, 56 yaşında dünyasını dəyişib.



Müğənninin ölüm səbəbi hələlik məlum deyil.



Okonnor 1990-cı ildə "Nothing Compares 2 U" albomu ilə dünya şöhrəti qazanıb. Onun ifa etdiyi mahnıya çəkilən klip 90-cı illərin ən məşhur videolarından biridir.



Müğənni 8 dekabr 1966-cı ildə Dublində anadan olub. Səkkiz yaşında valideynləri tərəfindən fiziki zorakılığa məruz qalıb. O, 15 yaşında mağazadan oğurluq etdiyi üçün uşaq evinə düşüb. Məhz uşaq evində musiqi yazmağa başlayıb.//modern

Paylaş
Xəbər lentİ