Yunanıstan cəhənnəmi yaşayır!

Oxunma sayı: 81
27-07-2023, 07:40

Yunanıstan cəhənnəmi yaşayır!
Rodos adasında ötən həftə başlayan meşə yanğını nəzarətsiz şəkildə yayılmağa davam edir. Elchi.az xəbər verir ki, səlahiyyətlilər Rodos adasındakı yanğınların ölkədə ən təhlükəlisi olduğuna diqqət çəksə də, söndürmə işləri fasiləsiz davam edir. Bölgədə Türkiyə təyyarələri də fəaliyyət göstərir.
Bu il Yunanıstan isti dalğaların təsiri altında onlarla yerdə eyni vaxtda baş verən meşə yanğınları ilə mübarizə aparır.
Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis dünənki məlumat toplantısında bildirib ki, son 12 gündə ölkə daxilində 600-dən çox yanğın baş verib. Çox sayda insanın təxliyyəsinə.Yanğınların ölkədə ən təhlükəlisi olduğuna diqqət çəkərkən,söndürmə işləri fasiləsiz davam edir. Adanın dağlıq içərilərində başlayan yanğınlar mehmanxanalar da daxil olmaqla sahilyanı ərazilərə də yayılıb.

Paylaş
Xəbər lentİ