Nəhəng asteroid Yerə yaxınlaşır – NASA

Oxunma sayı: 74
7-08-2023, 09:00

Nəhəng asteroid Yerə yaxınlaşır – NASA
Bazar günü uzunluğu təqribən 137 metr olan nəhəng asteroid 2023 OQ Yerin yaxınlığından keçəcək.

Bu barədə Lent.az ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) reaktiv mühərriklər laboratoriyasına istinadən xəbər verir.

Bildirilir ki, asteroid Yerdən 3,8 milyon kilometr məsafədə 76 752 km/saat sürətlə keçəcək.
Qeyd edək ki, NASA Yerə 7,4 milyon km-dən yaxın məsafədə yaxınlaşan və ölçüsü 150 m-dən çox olan asteroidləri NASA-da “potensial təhlükəli obyekt” hesab edir.

Asteroid 2023 OQ eyni vaxtda bu iki parametrin altına düşmür.

Paylaş
Xəbər lentİ