Kadırov 29 mindən çox hərbçini müharibəyə göndərdi

Oxunma sayı: 76
8-08-2023, 07:35

Kadırov 29 mindən çox hərbçini müharibəyə göndərdi

"Xüsusi hərbi əməliyyat başlayandan bəri Çeçenistandan NVO zonasına 29 mindən çox hərbçi göndərilib".

Arasdırma.info xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib.

O qeyd edib ki, hazırda yeddi mindən çox döyüşçü cəbhə xəttindədir.

Kadırov bölmələrin maddi-texniki bazasının yenilənməsi məsələlərinə də toxunub.

“Döyüş bölgəsinə 29 mindən çox döyüşçü göndərilib. Onlardan 13.000-i könüllüdür. Hazırda 7000-dən çox döyüşçü ön cəbhədədir ”, - Çeçenistan rəhbəri yazıb//publika

Paylaş
Xəbər lentİ