Axtarışda olan diş həkimin meyiti tapıldı - FOTOLAR

Oxunma sayı: 88
19-08-2023, 22:41

Axtarışda olan diş həkimin meyiti tapıldı - FOTOLAR
Malatyada dəhşətli hadisə baş verib.

Arasdırma.info Türkiyə KİV-nə istinadən bildirir ki, Yeşilyurt rayonunda itkin düşmüş kimi axtarışa verilə 47 yaşlı diş həkimi Murat Ş, yol kənarında ölü tapılıb.

Məlumata görə, Sarayevo küçəsində yolun kənarında hərəkətsiz vəziyyətdə uzanan şəxsi görən vətəndaşlar vəziyyəti polisə xəbər veriblər. Əraziyə sövq edilən səhiyyə əməkdaşları şəxsin öldüyünü müəyyən edib.

Polis cəsədin axtarılan diş həkimi Murat Ş.-yə (47) aid olduğunu təyin edib. Ərazidə pəncərələri açıq, park edilmiş bir avtomobil tapılıb.

Murat Ş.-nin cəsədi prokuror və polis qruplarının araşdırmalarından sonra Ədliyyə Tibb Təşkilatına aparılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.//32gun

Paylaş
Xəbər lentİ