Bu qəbilədə oğruları bişirib yeyirlər

Oxunma sayı: 63
22-08-2023, 08:59

Bu qəbilədə oğruları bişirib yeyirlər
Papua-Yeni Qvineyanın meşələrində yaşayan adamyeyən "Momuna" qəbiləsi qeyri-adi "adətləri" ilə seçilir.

Arasdırma.info xarici mediaya istinadən bildirir ki, tanınmış macəraçı Dryu Binski həmin qəbilə ilə bir müddət zaman keçirib və onların qəribə mədəniyyətləri ilə tanış olub.

Binski deyir ki, bu qəbilədə oğurluq edən şəxsləri öldürüb, cəsədlərini bişirirlər və yeyirlər. Onların inancına görə, "Xakua" adlı pis iblis insanı ələ keçirə və onu oğruya çevirə bilər. Ona görə də, oğruları yeyirlər.

Qeyd edək ki, bu qəbilə 1974-cü ilə qədər - antropoloqlar İndoneziyanın Cənubi Papua və Dağlıq Papua əyalətlərinə girənədək Yer kürəsində başqa insanların olduğunu bilməyiblər.

Paylaş
Xəbər lentİ