Putin Priqojini bağışlamadı: Bu, gözlənilirdi…

Oxunma sayı: 75
24-08-2023, 07:13

Putin Priqojini bağışlamadı: Bu, gözlənilirdi…
Vladimir Putinin hakimiyyətdə olduğu 23 ildə ona ən ağır şilləni keçmiş dostu Priqojin vurdu, qiyam qaldırdı, iki şəhəri müqavimətsiz ələ keçirdi, ordu donub qaldı, onu elə gül-çiçəklə qarşılayıb yola saldılar.



Arasdıma.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.



“Rusiya prezidenti görüntü yaratdı ki, guya keçmiş dostunu bağışlayıb. Priqojin müxtəlif yerlərdə peyda olurdu. Ancaq hər dəfəsində deyirdim və yazırdım ki, Vladimir Putin ona qarşı çıxanları heç zaman bağışlamır. Putin Priqojini də illər öncə Londonda ağır maddələrlə zəhərlədiyi digər keçmiş düşməni Litvinenkonun yanına göndərdi”, - politoloq qeyd edib.



Qeyd edək ki, Moskvadan Sankt-Peterburqa uçduğu bildirilən şəxsi "Embraer" təyyarəsinin Tver vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan 10 nəfərin hamısının öldüyü vurğulanır. Sərnişinlər arasında Yevgeni Priqojinin də adı var.//sfera

Paylaş
Xəbər lentİ