“Vaqner”çilərdən Priqojinin ölümünə REAKSİYA: "Qisas çox gecikməyəcək” - FOTO

Oxunma sayı: 75
25-08-2023, 07:06

“Vaqner”çilərdən Priqojinin ölümünə REAKSİYA: "Qisas çox gecikməyəcək” - FOTO
“Vaqner”in muzdlu döyüşçüləri şirkətin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinə münasibət bildiriblər.



Arasdırma.info xəbər verir ki, bu barədə “Mojem obyasnit” teleqram kanalı məlumat yayıb.



Məlumata görə, Priqojinlə əlaqəli teleqram kanallarında yayılan məlumatlarda onların rəhbərlərinin ölümü ilə bağlı qisas almağa hazırlaşdıqları qeyd olunub. Onlar hadisəyə münasibət bildirərək öz sosial şəbəkə hesablarında Priqojinin ölümünə müxtəlif şərhlər bildiriblər. Onlardan biri Priqojinin ölümünü hətta “alçaqcasına törədilmiş qətl” adlandırıb.



“Ölüm faktı təsdiq olunarsa, qisas çox gecikməyəcək”, - deyə digəri qeyd edib.



“Readovka” isə yazır ki, hərbi birləşmənin Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkinin ölümü halında atacağı addımlarla bağlı əvvəlcədən hazırlanmış və təsdiq olunmuş mexanizmi mövcuddur.(Qafqazinfo)

Paylaş
Xəbər lentİ