Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçidə qəbul edən Rusiya prezidenti Vladimir Putinin səhhəti ilə bağlı Ukraynadan diqqətçəkən iddia gəlib.
Arasdırma.info xəbər verir ki, iddianın sahibi ukraynalı general-mayor Kirilo Budanovdur. Budanov bildirib ki, Rusiya prezidentinin səhhətində ciddi problemlər var və bu səbəbdən prezident ağır vəziyyətdədir.
Onun sözlərinə görə Putin bir ildir, ictimaiyyət qarşısına çıxmır: “O, hətta yataqdan da qalxa bilmir. Bir ildən artıqdır ki, əsl Putin görünmür. Putin səhhətində yaranan problemləri gizlətmək üçün müxtəlif hiylələrdən istifadə edir. Hətta mən Putinin həqiqətən sağ olub-olmadığını bilmirəm”.
Xatırladaq ki, bundan əvvəl Beynəlxalq Münasibətlər İnstitutunun professoru olan Valeri Solovey Putinin səhhətinin pisləşdiyini vurğulamışdı. Onun qənaətincə, əsl Putin 2024-cü il seçkilərində mübarizə apara bilməyəcək:
“Putin yataqdan qalxmaqda və geyinməkdə çətinlik çəkir. O, fiziki olaraq seçim prosesində iştirak edə bilməyəcək”.
Solovey iddia etmişdi ki, Qərb ölkələri ictimaiyyət qarşısına çıxan şəxsin Putinin dublyoru olduğunu bilir.//sfera
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70