Priqojinin biznes imperiyası bölünür - Savaş başladı

Oxunma sayı: 72
5-09-2023, 08:42

Priqojinin biznes imperiyası bölünür - Savaş başladı
“Vaqner” qrupunun mərhum lideri Yevgeni Priqojinin qohumları və iş ortaqları arasında onun 1 milyard dollardan çox qiymətləndirilən sərvəti uğrunda mübarizə başlayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

62 yaşlı “iş adamı” Rusiya lideri Vladimir Putinlə yaxın dostluğu dövründə xeyli var-dövlət əldə etməyi bacarıb. Priqojinin 8 böyük şirkətinin təkcə 2022-ci ildə qazancı 20 milyon dollara yaxın olub. Bundan əlavə, onun çoxlu bahalı daşınmaz əmlakı, lüks avtomobilləri, şəxsi təyyarələri və “Vitamin” adlı dəbdəbəli yaxtası var.

“Vaqner”in mərhum liderinin sərvətinin qohumları, iş ortaqları və dostları arasında bölüşdürülə bilər.

Priqojinin oğlu Pavlo ən azı 6 şirkətə sahibdir. O cümlədən Sankt-Peterburqda biznes mərkəzləri, otellər və yaşayış binaları tikən “Laxta Plaza”nın sahibidir.

Priqojinin anası Violetta özü haqda məlumatları dövlət reyestrlərində gizlədib. Ancaq onun rəsm əsərləri sərgiləri təşkil edən “Farbi Jittya” fondunun sahibi olduğu bəllidir.

Priqojin həyat yoldaşına Sankt-Peterburqda tarixi binalara sahib olan iki şirkət və “Aqat” tikinti şirkətini miras qoyub. Amma iddiaya görə, Priqojinin dul arvadı iki ən böyük şirkətinin sahibliyindən çıxarılıb, bunlar onun uzunmüddətli biznes ortağı Dmitri Koşaranın nəzarətinə keçib.

Paylaş
Xəbər lentİ