“Əlimizdə gizli silah var” demişdilər – Ərdoğan planı pozdu

Oxunma sayı: 72
19-09-2023, 08:09

“Əlimizdə gizli silah var” demişdilər – Ərdoğan planı pozdu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis sentyabrın 20-də Nyu-Yorkda görüşəcək.

Arasdırma.info xəbər verir ki, gözlənilən görüş yunan mətbuatının əsas müzakirə mövzusudur.

Yunanıstanın baş naziri də son açıqlamasında Türkiyə lideri ilə görüşdə müzakirə edəcəyi gündəm maddələrini dəyərləndirib.

Yunan mətbuatı suverenlik və Egey adaları ilə bağlı məsələlərin danışıqlar masasında olmadığını açıq şəkildə ifadə edən Mitsotakislə bağlı “Türkiyə ilə müzakirəyə istəkli deyil” şərhini verib.

Mitsotakisin beynindəki plan tam başqadır. Yunanıstan rəhbəri Türkiyənin Avropaya gedən yolun ölkəsindən keçdiyini düşünür və bunu “gizli silah”ları adlandırır.

“Bu, Yunanıstan-Türkiyə münasibətlərinin normallaşması üçün əlimizdə olan bir silahdır. Keçmişdən gələn problemlərin bir gecədə həllini gözləyə bilmərik, amma bəzi halların sərt ritorikaya səbəb olmasını da istəmirik”, - baş nazir deyib.

Proses isə heç də Mitsotakisin planına uyğun getmir. Türkiyəyə qarşı “gizli silah”larının yararsız olduğunu elə görüşünə hazırlaşdığı Ərdoğan bəyan etdi.

Türkiyə lideri ABŞ-a getməzdən əvvəl hava limanında Avropa Parlamentinin anti-Türkiyə hesabatı ilə bağlı ona verilən sualı belə cavablandırıb:

“Mənim mövqeyimi dəqiq bilmək istəyirsinizsə, Avropa Birliyi Türkiyədən qopmağa çalışır. Avropa Birliyinin Türkiyədən qopmaq üçün addımlar atdığı bu dövrdə biz də bu gəlişmələri dəyərləndirəcəyik, bundan sonra lazım gələrsə, Avropa Birliyi ilə yollarımızı ayıra bilərik”.//teleqraf

Paylaş
Xəbər lentİ