“Google”un 25 yaşı tamam oldu

Oxunma sayı: 95
27-09-2023, 23:32

“Google”un 25 yaşı tamam oldu
Artıq 25 ildir ki, internet istifadəçiləri "Google" axtarış sistemindən istifadə edərək məlumat axtarırlar.

Arasdırma.info Cahantv.az-a istinadən bildirir ki, "Google" rəsmi yaranma tarixi 4 sentyabrdır. 1998-ci ilin bu günü Stenford Universitetinin iki tələbəsi Larri Peyc və Sergey Brin öz axtarış sistemini işə salıblar.


Lakin 2005-ci ildən "Google"un yaranma günü sentyabrın 27-də qeyd olunur. Tarix rekord indeks miqdarını (yəni axtarış sistemi tərəfindən baxış keçirilən rekord sayda səhifə) elan etmək üçün dəyişdirildi.

Yaranma gününü qeyd etmək üçün "Google" baş səhifəsinə axtarış sisteminin loqosunun illər ərzində necə dəyişdiyini göstərən animasiya əlavə edib.

Paylaş
Xəbər lentİ