İsrail Qəzzada 800 nəfərin həlak olduğu xəstəxanaya hücumda “İslami Cihad” qruplaşmasını GÜNAHLANDIRIB

Oxunma sayı: 85
18-10-2023, 06:34

İsrail Qəzzada 800 nəfərin həlak olduğu xəstəxanaya hücumda “İslami Cihad” qruplaşmasını GÜNAHLANDIRIB
İsrailin Qəzza zolağında xəstəxanaya endirilən hava zərbəsi nəticəsində 800 nəfər həlak olub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı bildirib.

Qəzza zolağının səhiyyə nazirliyi daha əvvəl xəstəxanaya hava zərbəsi nəticəsində 500-dən çox insanın öldüyünü bildirmişdi.

İsrail ordusunun nümayəndəsi Daniel Həqarinin sözlərinə görə, zərbə ilə bağlı məlumat daxil olunduğu halda, ictimaiyyətə məlumat veriləcək. Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas xəstəxanaya hücumla əlaqədar üç günlük matəm elan edib.

Bir qədər əvvəl İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” qruplaşması Qəzzada xəstəxanaya uğursuz raket atışına görə məsuliyyət daşıyır”, - deyə məlumatda qeyd olunub.

Paylaş
Xəbər lentİ