Rusların təxribat qrupu Gürcüstana daxil oldu – Saakaşvili

Oxunma sayı: 76
30-10-2023, 23:24

Rusların təxribat qrupu Gürcüstana daxil oldu – Saakaşvili
Ruslardan ibarət diversiya qrupu Gürcüstan ərazisinə daxil olub.


Arasdırma.info xəbər verir ki, bu barədə Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili məhkəmə prosesində videokonfrans zamanı bildirib.


Onun sözlərinə görə, rus diversantlarının niyyəti məlumdur. O, ruslara qarşı diqqətli olmağa çağırıb. Saakaşvili qeyd edib ki, mülki müdafiə qaynar xətti yaratmaq lazımdır, hər kəs zəng edib ölkədə anti-gürcü təzahürləri barədə məlumat verə bilər.


Saakaşvilinin məlumatına görə, təxribat qrupu iğtişaşlar və sabitliyin pozulması şəraitində hakimiyyəti ələ keçirmək tapşırığı ilə gəlib.


Mixail Saakaşvili əlavə edib ki, qruplaşmaya Rusiya Ordusunun 1-ci Baş İdarəsi rəhbərlik edir. Onun fikrincə, bu vəziyyətdə Gürcüstanın tərəfdaşları, vətəndaş cəmiyyəti və xalq ilə koordinasiya lazımdır.
Ətraflı


Qeyd edək ki, 2021-ci ilin payızında Mixail Saakaşvili ölkəsinin siyasi həyatında iştirak etmək üçün vətənə qayıtmaq qərarına gəlib. Lakin o, həbs edilib və maliyyə məsələləri ilə bağlı bir sıra sui-istifadələrdə ittiham olunub.


Bu il iyulun 3-də prezident Vladimir Zelenski Gürcüstan hakimiyyətinin hərəkətlərinə etiraz edib. Siyasətçi bildirib ki, Saakaşvili Kremlin göstərişi ilə öldürülür.//sfera

Paylaş
Xəbər lentİ