3 dəfə boşanmış müğənni qadınlara xoşbəxtliyi öyrədir

Oxunma sayı: 68
1-11-2023, 08:09

3 dəfə boşanmış müğənni qadınlara xoşbəxtliyi öyrədir
Müğənni Vera Brejneva üç dəfə boşandıqdan sonra qadınlara 300 dollar müqabilində xoşbəxtliyin sirrini açır.



Arasdırma.info lent.az-a istinadən bildirir ki, Brejneva bəstəkar Konstantin Meladze ilə ayrıldıqdan sonra maddi vəziyyətini yaxşılaşdırmaq üçün strategiyasını dəyişmək qərarına gəlib.
Veranın hazırda konsertlərlə bağlı problemləri var. Buna görə də pul qazanmaq üçün 14 günlük transformasiya marafonunu keçirməyə başlayıb.

Abunəçilər bu proqrama daxil olmaq üçün aylıq ödəniş etməlidirlər. Minimum paket 15 dollar, növbəti səviyyə 45 dollar, VIP bilet isə ayda 300 dollar təşkil edir.

Brejneva bu marafonla qadınlara "həyatı yaxşılaşdıracaq dəyişiklikləri" təmin edəcəyini vəd edir. Bundan əlavə, proqrama psixoloqlar, məşqçilər, dietoloqlar, endokrinoloqlar ilə məsləhətləşmələr, həmçinin müğənninin özü ilə fərdi gimnastika dərsləri daxildir.

Paylaş
Xəbər lentİ