ƏRDOĞANDAN "QARA BAYRAQ" MESAJI - Qılınclar niyə qınından çıxarılıb?

Oxunma sayı: 76
4-11-2023, 20:59

ƏRDOĞANDAN "QARA BAYRAQ" MESAJI - Qılınclar niyə qınından çıxarılıb?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi, Cümhuriyyətin 100-cü ildönümü münasibəti ilə Boğaziçidə təşkil edilmiş və Türkiyə donanmasının tarixindəki ən böyük rəsmi paradın təfərrüatları məlum olub.

100 gəminin iştirak etdiyi parad üçün təxminən 10 aydır hazırlıq görülüb. 7 min 896 şəxsi heyətin iştirak etdiyi parada Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu rəhbərlik edib. Mərasimdə Türkiyənin ilk milli freqatı "İstanbul", "Pirireis" sualtı qayığı, həmçinin döyüş dəstək gəmisi "Derya" da iştirak edib. Tarixi mərasimdə gəmilərin keçidi “nizamlı cümhuriyyət” adlanan qaydada baş tutub.

Ərdoğanın mərasimi izlədiyi ərazidə qara bayrağın olması və paşaların qılınclarını çıxarması diqqət çəkib. Bu simvollar “dünyaya meydan oxumaq” kimi şərh olunub.


Türkiyəli yazıçı Mustafa Kurnaz qara bayrağın sirrini açıqlayıb.

“Qara bayraq 1517-ci ildə Hicazdan Türkiyəyə gətirilib. Peyğəmbərimizin dövründə müharibədən əvvəl qara bayraq açılırdı. Osmanlılar da səfərə çıxmazdan əvvəl qara bayraq açır və səfərə çıxacaqlarını bildirirdilər" - Kurnaz bildirib.

Bəs qılınclar niyə qınından çıxarılıb? Özü də paşalar qılıncı əlcəksiz tutub.

Yazıçı bu suala belə cavab verib: "Türk dövlət adətinə görə, qılınclar qınından çıxarılsa, qanlı olana qədər onları geri qoymaq olmaz".

Paylaş
Xəbər lentİ