İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlandı

Oxunma sayı: 62
23-11-2023, 07:28

İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlandı
İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlanıb.
Məlumata görə, atəşkəs sabah yerli vaxtla saat 10:00-da başlayacaq.
Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.
Razılaşma baş tutarsa, bu, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad edilməsi demək olacaq.
İsrail də öz növbəsində iki mübadilədə cəmi 300 fələstinli məhbusu azad edəcək.//bakupost

Paylaş
Xəbər lentİ