5 kiloqramlıq dəfinədə pullar bir-birinə yapışdı-FOTO

Oxunma sayı: 56
5-12-2023, 07:20

5 kiloqramlıq dəfinədə pullar bir-birinə yapışdı-FOTO
Pakistanın Larkana əyalətindəki Mohenjo-Daro arxeoloji qazıntılar məkanı tarixçilərə yaxşı məlumdur. Bu ərazidə sivilizasiya 5000 il əvvəl təşəkkül tapıb.

Arasdırma.info xəbər verir ki, burada 1930-cu illərdə ingilislər, 70-ci illərdə isə pakistanlı arxeoloqlar qazıntı aparıblar. Hər dəfə minlərlə mis əşya tapılıb. Xüsusən də mis pullar.

Lakin bu ilin sentyabrında qədim şəhərcikdə divarlardan birinin uçması nəticəsində dəfinə üzə çıxıb. Təxminən 1000-1500 sikkədən ibarət, 5,5 kiloqram çəkidə olan dəfinədəki pullar bir-birinə yapışmışdı. Orta məktəb kitablarından da bildiyimiz kimi bu proses diffuziya adlanır, yəni maddələrin bir-birinə qarışması.


Bununla belə, alimlər tək-tək tapılmış pullar üzərində tədqiqat apararaq dəfinənin təxminən 2 min yaşı olduğu qənaətinə gəliblər. Məlum olub ki, pullar Kuşan çarlığına aiddir. Bu dövlətin Çinlə, Bizans və Sasanilərlə yaxın əlaqəsi olub. //lent.az

Paylaş
Xəbər lentİ