Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib

Oxunma sayı: 50
11-12-2023, 08:32

Nobel Sülh Mükafatının təqdimetmə mərasimi keçirilib
2023-cü il üçün Nobel Sülh Mükafatı bazar günü Osloda təqdim olunub.

Norveç kral ailəsinin və ölkə hökumətinin üzvlərinin iştirak etdiyi mərasim ənənəvi olaraq ratuşa binasında baş tutub.

Norveç Nobel Komitəsinin sədri Berit Rayss-Andersen mükafatın təsisçisi Alfred Nobelin portreti olan qızıl medalı və əkiz övladları - 17 yaşlı Əli və Kiana Rəhmaninin təmsil etdiyi həbsdə olan iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə diplom təqdim edib. Laureat qadınların zülmə qarşı mübarizəsinə, eləcə də hər kəs üçün insan hüquq və azadlıqlarının təşviqi uğrunda mübarizəsinə görə mükafata layiq görülüb.

Rayss-Andersen komitənin mükafatı verməklə İranda diskriminasiyaya son qoymaq üçün mübarizə aparan bütün qadınları mükafatlandırdığını hesab edir.

“Builki Sülh Mükafatı İranda və dünyada əsas insan hüquqları uğrunda mübarizə aparan, diskriminasiya və seqreqasiyaya son qoymaq üçün mübarizə aparan bütün cəsur qadınlara verilir. Məhəmmədi öz işi ilə İranda və bütün dünyada xalqlar arasında qardaşlığın inkişafına töhfə verib, bununla da Alfredin vəsiyyətinin şərtlərini yerinə yetirib. Builki Sülh Mükafatı, kiçik Martin Lüter Kinq daxil olmaqla, qeyri-zorakı azadlıq mübarizəçilərinə təltif edilən Nobel Sülh Mükafatlarının uzun müddət davam edən ənənəsinin bir hissəsidir”, - deyə o, bildirib.

“İranda qadınlar 30 ildən artıqdır ki, seqreqasiyaya qarşı mübarizə aparırlar. Sonda onların daha parlaq gələcək arzuları zəfər çalacaq”, - deyə Rayss-Andersen əlavə edib.//Cahantv.az

Paylaş
Xəbər lentİ