Alimlərdən xəbərdarlıq: 9,1 bal gücündə zəlzələ gəlir - FOTO

Oxunma sayı: 48
2-01-2024, 21:09

Alimlərdən xəbərdarlıq: 9,1 bal gücündə zəlzələ gəlir - FOTO
Yaponiyada baş verən 7,6 bal gücündə zəlzələ ölkədə gözlənilən 9,1 bal gücündə zəlzələnin yaxınlaşması kimi şərh edilib.

Arasdırma.info xəbər verir ki, yeni ilin ilk günündə baş verən 7,6 bal gücündə zəlzələ bir-birinin ardınca çoxlu güclü zəlzələlərlə müşayiət olunub. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı edilib. İndiyədək əldə edilən məlumata görə, zəlzələdə onlarla insan həyatını itirib.

Bununla belə, ölü sayının artacağı ilə bağlı narahatlıqlar var. Zəlzələdən sonra verilən sunami xəbərdarlığı hələ də qaldırılmayıb, təhlükə davam edir.

Alimlər iddia ediblər ki, bu zəlzələ daha güclü - 9,1 ballıq zəlzələnin xəbərçisidir. Onların fikrincə zəlzələdən sonra 20 metr hündürlükdə sunami dalğaları da olacaq.(Publika)

Paylaş
Xəbər lentİ