İranda ölü sayı durmadan artır

Oxunma sayı: 44
3-01-2024, 20:14

İranda ölü sayı durmadan artır
Iranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Arasdırma.info İRNA-ya istinadən xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.


Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

Paylaş
Xəbər lentİ