Pakistan İrana raket zərbəsi endirdi: Ölənlər var

Oxunma sayı: 47
19-01-2024, 00:25

Pakistan İrana raket zərbəsi endirdi: Ölənlər var
Pakistan İran ərazisinə raket zərbələri endirib.
Arasdırma.info xəbər verir ki, Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Mərhəmət bildirib ki, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket hücumu edib. Hücum zamanı üç qadın və dörd uşaq həlak olub.
Mərhəmət, vilayətin Seravan şəhərində də partlayış baş verdiyini, lakin can itkisinin olmadığını bildirib.//bakupost

Paylaş
Xəbər lentİ