Sabahdan Rusiyada prezident seçkiləri BAŞLAYIR - Putin seçiləcəkmi?

Oxunma sayı: 30
14-03-2024, 19:33

Sabahdan Rusiyada prezident seçkiləri BAŞLAYIR - Putin seçiləcəkmi?
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, martın 15, 16 və 17-də ölkə üzrə keçiriləcək prezident seçkilərində qeydə alınmış 112 milyon 309 min 947 seçici səs verəcək.

Arasdırma.info rus mediasına istinadən xəbər verir ki, 1 milyon 890 min 863 seçici Rusiyanın xaricdəki nümayəndəliklərində, 11 min 924 seçici isə Rusiyanın Qazaxıstandakı Baykonur kosmodromunda səs verəcək.

Həm ənənəvi, həm də elektron şəkildə keçiriləcək seçkilər 80-dən çox federal dairəni əhatə edəcək.

Rusiyanın 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda və 2022-ci ildə ilhaq etdiyi Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində də səsvermə keçiriləcək.

Seçkilərdə Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyası da daxil olmaqla 36 ölkədən və 5 beynəlxalq təşkilatdan 200-dən çox beynəlxalq müşahidəçi iştirak edəcək. Rusiya seçkilərin "qeyri-legitim olduğunu” bildirən ölkələrin parlamentlərinə və parlamentlərarası təşkilatlara dəvət göndərməyib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və Parlament Assambleyasının təsisatları da Donetsk, Luqansk, Xersonda seçkilərin keçirilməsini pislədikləri üçün müşahidəyə dəvət edilməyib.

Seçkidə 4 namizəd mübarizə aparacaq

Seçkidə prezidentliyə 4 namizəd mübarizə aparacaq. Hazırkı Prezident Vladimir Putin Vahid Rusiya Partiyasının dəstəyi ilə müstəqil namizəd kimi seçki yarışına qatılacaq.

Liberal Demokrat Partiyasının sədri Leonid Slutski öz partiyasının, Nikolay Xaritonov Kommunist Partiyasının namizədi kimi, Vladislav Davankov isə Yeni Xalq Partiyasının namizədi kimi seçki bülletenindəki yerini tutacaq.

Putinin yenidən seçilməsini təmin edəcək konstitusiya referendumu

Rusiyada ictimaiyyət Putinin səlahiyyət müddətini uzadacaq 2020-ci il konstitusiya dəyişikliyi referendumunu 77,92 faiz səslə qəbul edib. Bu konstitusiya dəyişikliyi ilə Putinin birincisi 2012-ci ildə başlayan və 2024-cü ildə sona çatacaq iki müddətli prezidentlik müddəti sıfırlanıb. Beləliklə, 24 il hakimiyyətdə olan Putin yenidən prezidentliyə namizəd ola bilib.Bu dəyişiklik seçilərsə, Putinin 2036-cı ilə qədər prezident olaraq qalmasına yol açır.

Kəşfiyyatçıdan baş nazirlik və prezidentliyə...

Seçilmək şansı çox yüksək olan Putin yenidən seçkini qazanacağı təqdirdə 5-ci dəfə Rusiya prezidenti olacaq.Sovet İttifaqı dövründə 1975-ci ildə Dövlət Təhlükəsizlik Komitəsində (KQB) kəşfiyyatçı kimi fəaliyyətə başlayan Putin 1998-ci ildə Rusiya Federasiyasının kəşfiyyat qurumu Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru vəzifəsini də icra edib.

1999-cu ildə Rusiyanın 5-ci baş naziri olan Putin 1999-cu il dekabrın 31-də Rusiya Prezidenti Boris Yeltsinin qəfil istefası ilə prezident səlahiyyətlərini icra edib.Putin 2000-ci ildə prezident seçkilərində qalib gəlib və 2008-ci ilə qədər bu vəzifədə çalışıb.Dmitri Medvedev 2008-2012-ci illərdə prezident seçildiyi zaman Putin ikinci dəfə Rusiyanın Baş naziri olub.2012-2018-ci illərdə yenidən prezident seçilən Putin 2018-ci il seçkilərində təxminən 77 faiz səs toplayaraq 4-cü dəfə prezident olub. //Sfera.az

Paylaş
Xəbər lentİ