Ruslar acığını seçki qutularından çıxır – Medvedev seçiciləri 20 illik həbslə hədələdi

Oxunma sayı: 32
17-03-2024, 01:59

Ruslar acığını seçki qutularından çıxır – Medvedev seçiciləri 20 illik həbslə hədələdi
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev seçki məntəqələrində asayişi pozanları “dövlətə xəyanət” maddəsi ilə hədələyib.

Arasdirma.info xəbər verir ki, o, bu barədə “Telegram” kanalında paylaşım edib.

Medvedev bildirib ki, seçki qutularının və bülletenlərin kütləvi şəkildə zədələnməsi cəzasız qalmayacaq.

“Həmin insanlar şəhərlərimizi atəşə tutan düşmənə yardım edirlər. Seçki məntəqələrində ağılsız davranış sərgiləyənlər unutmamalıdırlar ki, bu əməllərə görə onları iyirmi illik cəza gözləyir”, Medvedev yazıb.

O, vurğulayıb ki, seçkilər zamanı asayişi pozan şəxslərin hərəkətləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (“Müharibə zamanı xarici dövlətə hər hansı yardım göstərmək şəklində dövlətə xəyanət”) tövsif edilə bilər.

Xatırladaq ki, bundan öncə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova seçki məntəqələrindəki qutuları yararsız hala salanları “axmaq” adlandırmışdı .//savash

Paylaş
Xəbər lentİ