İndoneziyada 6.4 bal gücündə zəlzələ baş verib

Oxunma sayı: 31
23-03-2024, 22:17

İndoneziyada 6.4 bal gücündə zəlzələ baş verib
Ötən gün gecə saatlarında İndoneziya sahillərində 6.4 bal gücündə zəlzələ baş verib.
Arasdırma.info rus mediasin istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:13-də qeydə alınıb. Zəlzələnin episentri İndoneziyanın Palu adasından 148 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 522 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və ya tələfat barəsində məlumat verilmir.

Paylaş
Xəbər lentİ