"Crocus City Hall"da ölənlərin sayı 137 nəfərə çatıb, 180 yaralı var

Oxunma sayı: 28
24-03-2024, 21:59

"Crocus City Hall"da ölənlərin sayı 137 nəfərə çatıb, 180 yaralı var
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində 180 nəfər yaralanıb.

Arasdırma.info xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, yaralanmış 180 nəfərdən 142-si xəstəxanaya yerləşdirilib, 32-si artıq evə buraxılıb, 38-nə isə ambulator yardım göstərilib.

Xatırladaq ki, ölkənin İstintaq Komitəsi terror aktı nəticəsində 137 nəfərin öldüyünü açıqlamışdı. Ölü sayının artacağı istisna edilmir.//lent.az

Paylaş
Xəbər lentİ