Türkiyə: AKP-nin bələdiyyə seçkisində məğlubiyyətindən hansı nəticələr çıxır?

Oxunma sayı: 30
3-04-2024, 01:03

Türkiyə: AKP-nin bələdiyyə seçkisində məğlubiyyətindən hansı nəticələr çıxır?
Türkiyədə 31 Mart bələdiyyə seçkilərinə siyasi bloksuz gedən CHP 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci partiya mövqeyinə yüksələrək özü üçün tarixi “zəfər” əldə edib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) yarışı ikinci yerdə tamamlayıb və 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub olub.

CHP ilkin nəticəyə əsasən, 1989-cu ildə keçirilən yerli özünüidarə seçkilərində Sosial Demokrat Xalqçı Partiyasının uğurunu üstələyib.

Yerli seçkilərdə Yeniden Refah Partiyasının ilk dəfə qatıldığı seçkidə üçüncü yerə yüksəlməsi sürpriz olub.



Yerli seçkilərin elan olunmuş nəticələri aşağıdakılardır:

Seçkilərin nəticələri göstərdi ki, ümumi və yerli seçkilərin dinamikası fərqlidir.

AKP-nin 2023-cü ildə keçirilən prezident və parlament seçkilərində iqtisadi böhrana baxmayaraq, qalib gəlməsi “boş qazanın seçicidə heç bir dəyəri yoxdur” şərhlərinə səbəb olub.

Xüsusilə böyük şəhərlərdə iqtisadi böhrana görə, seçicilər yerli seçkilərdə günahı hökumətin üzərinə atıblar.

CHP Bursa ilə yanaşı Ankara, İstanbul, İzmir və Antalyanı da qazanaraq Türkiyənin 5 ən böyük vilayətində yerli gücə çevrilib.

Türkiyədəki ana müxalifət partiyası CHP-nin sədri Özgür ÖzelŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
“CHP “şüşə tavanı” sındıraraq tavanda əldə edilə bilməyən ittifaqı təməldə etdi”
“Altılı masa"ya daxil olan müxalifət partiyaları yerli özünüidarə seçkilərinə “bloksuz” daxil olublar.

2023-cü ildəki parlament və prezident seşkilərinə "Millət İttifaqı" blokunda qatılan müxalifət siyasi partiyalardan biri olan CHP-dən başqa, digər siyasi partiyalar özünü göstərə bilməyib.

Seçkilərə “sərbəst və müstəqil” girməyə qərar verən və müttəfiqlik təkliflərini rədd edən İYİ partiya yarandığı gündən bəri ən aşağı səs alıb və 2019-cu ildə əldə etdiyi səslərinin təxminən yarısını itirib.

Strateji olaraq səs verən seçicilər liderlərin edə bilmədiyi ittifaqı qurdular və CHP böyük şəhərlərlə yanaşı əyalət bələdiyyələrinin əksəriyyətində uğurlu nəticələr göstərdi.


Türkiyədə 1980-ci il çevrilişindən sonra, yenidən açılandan bəri CHP ilk dəfə partiya sədri Özgür Özelin "şüşə tavan" adlandırdığı 25 faizlik səs nisbətini aşıb.

İllərdir ki, Egey, Aralıq dənizi və Trakyadan səs yığmasına görə, “sahillərin partiyası” kimi tanınan CHP Türkiyənin mərkəzi və şərqə doğru olan bölgələrində də bələdiyyələri qazanıb.

AKP-nin ən güclü olduğu Adıyamanla yanaşı, Kırıkkale, Kilis, Giresun, Dənizli, Afyonkarahisar CHP-nin qalibiyyəti ilə təəccübləndirdiyi bölgələrdir.

Keçmiş baş nazirlərdən biri Necmettin Erbakanın oğlu Fatih Erbakanın 2018-ci ildə qurduğu Yenidən Refah Partiyası 2023-cü ildə "Cumhur İttifaqın"da yer alıb və Prezident Erdoğana dəstək verib.

İttifaqdan ayrılan Yenidən Refah öz namizədləri ilə qatıldığı ilk yerli özünüidarə seçkilərində CHP-dən sonra səslərini ən çox artıran partiya olmaqla yanaşı, AKP-nin dayaqlarını da silkələyib: bir çox yerdə AKP-nin səslərini parçalayıb.

Qeyri-rəsmi nəticələrə görə o, Şanlıurfa və Yozqatda AKP-yə qalib gəlib.

2019-cu ildə AKP-nin 70 faiz səs topladığı Konyada və 63 faiz səs topladığı Kayseridə Yenidən Refah ikinci partiya olub, AKP bu vilayətlərdə 20 faizə yaxın səs itirib.

Bu nəticələr AKP-dən narazı olan seçicilərin Yenidən Refahı üstün tutduğunu ortaya çıxarıb.


2019-cu il seçkilərində o zamanlar adı HDP (hazırda adın dəyişib DEM partiya edən) olan və kürd seçicilərin dəstəklədiyi partiya ölkənin qərb bölgələrində namizəd irəli sürməmiş, CHP-nin namizədlərini dəstəkləmişdi.

Görünür, DEM partiyası Şərq və Cənub-Şərqdə qəyyumlara verilən bələdiyyələrin əksəriyyətin geri qaytarıb. Ancaq DEM partiyası Qərbdə heç bir əyalət və ya böyük şəhərdə qalib gələ bilməyib və ümumi seçkilərlə müqayisədə səs faizlərində itki ilə üzləşib.

Bu nəticələr göstərir ki, xüsusilə Qərbin böyük şəhərlərində DEM partiyası seçiciləri strateji qərarla səs verib və seçilmək şansını yüksək saydıqları CHP-nin namizədlərini dəstəkləyiblər.

DEM partiyasının İstanbul Böyükşəhər Bələdiyyə başçılığına namizədi Meral Danış Beştaş da açıqlamasında deyib ki, əslində İstanbulda nəticə DEM seçicilərinin "AKP-ni cəzalandırması" deməkdir.//BBC
Türkiyə: AKP-nin bələdiyyə seçkisində məğlubiyyətindən hansı nəticələr çıxır?
Türkiyə: AKP-nin bələdiyyə seçkisində məğlubiyyətindən hansı nəticələr çıxır?

Paylaş
Xəbər lentİ