28 yaşlı qadın evtanaziya ilə həyatına son verəcək

Oxunma sayı: 21
6-04-2024, 09:31

28 yaşlı qadın evtanaziya ilə həyatına son verəcək
Niderlandda yaşayan gənc qadın psixi sağlamlıq problemlərinə görə qanuni olaraq həyatına son qoymaq qərarına gəlib.

Arasdırma.info xəbər verir ki, Hollandiyada Almaniya ilə sərhədə yaxın kiçik bir kənddə yaşayan Zoraya Ter Bik ağır depressiya, autizm və sərhəd şəxsiyyət pozğunluğu ilə mübarizə apardığı üçün evtanaziya edilmək istəyir.

Bir vaxtlar psixiatr olmaq arzusunda olan 28 yaşlı qadın həyatı boyu psixi sağlamlıq problemləri ilə mübarizə aparıb.

O, həkimlərinin “Sənin üçün edə biləcəyimiz başqa bir şey yoxdur” dedikdən sonra bu üsula qərar verdiyini açıqlayıb.

“Heç vaxt vəziyyətim yaxşılaşmayacaq”, - gənc qadın bildirib.

Zoraya 40 yaşlı sevgilisi və iki pişiyi ilə yaşayır. O, may ayında qanuni olaraq ömrünü başa çatdıracaq.

“Free Press” yazır ki, Avropada ölümcül xəstə olmayan, lakin mənəvi ağrı içində yaşamağa davam etməkdənsə, ölməyi seçən insanların sayı getdikcə artır. İqtisadi qeyri-müəyyənlik, iqlim dəyişikliyi, sosial media və digər nüanslar səbəbindən daha çox insan depressiya və ya anksiyete kimi psixi sağlamlıq problemlərindən əziyyət çəkərək həyatlarını bitirmək qərarına gəlir.//publika

Paylaş
Xəbər lentİ