Pandemiyadan sonrakı inkişaf üçün Avropa İttifaqından (Aİ) rekord məbləğdə dəstək paketi alan İtaliyada bu vəsaitlərin korrupsiya ilə istifadəsi ilə bağlı böyük əməliyyat başladılıb. Əməliyyat zamanı 600 milyon avro dəyərində aktivlərə həbs qoyulub.
Arasdırma.info xəbər verir ki, Venesiyada keçirilən əməliyyatda ötən gün 22 nəfər saxlanılıb. 600 milyon avro dəyərində var-dövlət, o cümlədən dəbdəbəli villalar və avtomobillər, bahalı zinət əşyaları və saatlar ələ keçirilib.
Lüksemburqda yerləşən Avropa Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaqda Avstriya, Rumıniya və Slovakiya ilə yanaşı İtaliyada da əməliyyat və basqınlar həyata keçirilib. İtaliyada 17, Slovakiyada 3, Avstriyada isə 2 nəfər saxlanılıb. Saxlanılanlardan 8-i həbsxanada, 14-ü isə ev dustaqlığındadır.
İtaliya mətbuatının məlumatına görə, saxlanılanlar arasında iş adamları, notariuslar və mühasiblər var.//publika
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70