Maliyyə nazirinə bomba göndərildi - Almaniyada

Oxunma sayı: 683
16-03-2017, 12:22

Maliyyə nazirinə bomba göndərildi - Almaniyada

Almaniyanın maliyyə naziri Volfqant Şoybleyə içərisində partlayıcı qurğu olan bağlama göndərilib.

arasdirma.info "Deutsche Presse-Agentur"a istinadən xəbər verir ki, bu gün səhər saatlarında nazirliyin təhlükəsizlik əməkdaşları X-ray aparatının köməkliyilə şübhəli bağlama aşkarlayıblar. Daha sonra hadisə yerinə mütəxəssislər cəlb olunub. Nəticədə bağlamada partlayıcı qurğu olduğu dəqiqləşib. Qurğu dərhal zərərsizləşdirilib.

Bağlamanın Yunanıstandan göndərildiyi ilə bağlı ehtimallar irəli sürülüb.

Hazırda hadisə ilə əlaqədar genişmiqyaslı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ